İbrahim Tatlısesin övladları barışdı

İbrahim Tatlısesin övladları barışdı

Ötən gün ağır qəza keçirən türk müğənni İbrahim Tatlısesin ailəsi ilə bağlı yeni xəbərlər yayılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin küsülü olan övladları İdo və Dilan Çıtak Tatlıses barışıb.

Onlar ötən gün sınıq və gipsdə ayaqlarla konsert verən İbrahim Tatlısesə dəstək olublar. İdoyla Dilan birlikdə səhnəyə çıxıb, ataları ilə mahnı oxuyublar.

Qeyd edək ki, bacı-qardaş uzun müddətdir küsülü idi. Hətta Dilan İdonun toyuna da qatılmamışdı.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə