Ajda Pekkan villasının qiymətini iki qat artırır

Ajda Pekkan villasının qiymətini iki qat artırır

Məşhur türkiyəli müğənni Ajda Pekkan villasının qiymətini 2 qat artırıb. Ötən il Ajda Pekkan 4 ilə yaxındır satışda olan villası üçün 38 milyon TL istəyib. Ajda Pekkan bu il qiyməti iki dəfədən çox bahalaşdırıb. SİA xarici mətbuata istinadən bildirir ki, Ajda Pekkan İstanbul Bahçeköydə uzun müddətdir satışda olan villasına alıcı tapa bilməyib. Ötən aylarda məşhur müğənninin evinə Dubay şahzadəsinin sahib çıxması ilə bağlı iddialar mətbuatda əksini tapsa da, satış baş tutmayıb. Köşkün satışı üçün birdən çox daşınmaz əmlak agenti ilə razılaşan Pekkan, daşınmaz əmlak qiymətlərindəki son hadisələrdən sonra evinin satış qiymətini yeniləyib. Superstar 1,5 hektar ərazidə inşa edilən altı otaq, iki qonaq otağı və üç vanna otağı olan villası üçün keçən il 38 milyon TL tələb etmişdi. Pekkan son qiymət dəyişikliyi ilə istədiyi məbləği 75 milyon TL-yə yüksəldib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə