Qeyri-adi imici ilə dünyaya səs salan müğənni Ledy QaQanın fanatlarına qarşı gözəl münasibət bəslədiyi deyilir. SİA spletnik.ru saytına istinadən xəbər verir ki, müğənni reklam çarxına çəkilib. O, "Google Chrome"in reklamında rol alıb. İfaçının pərəştişkarları onun çəkildiyi reklam çarxına sözün əsl mənasında vurulublar.
Bir dəqiqə yarım davam edən video çarxda müğənninin yeni "The Edge Of Glory!" mahnısı da yer alıb. Bununla yanaşı, Ledy QaQa sözügedən videoda internetdə fanatlarının şəkillərini axtarışa verir.
Xatırladaq ki, video çarx 8 may tarixində çəkilsə də, ötən həftənin son günündə nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB