Mənzurə efirdə ağladı: "O paltara görə mənə tərbiyəsiz dedilər" FOTOLAR
Müğənni Mənzurə Musayeva verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, bir müddət əvvəl bayrağın rənglərində olan paltar geyinən və tənqid edilən sənətçi danışarkən göz yaşlarını saxlaya bilməyib: "Nə qədər adam geyinib, heç kim heç nə demədi. Mən geyinəndə tənqid edildim. Ətək geyindim, şalvar oldu - nə fərqi var? Yaşılı ətək edib, yerlə sürüdürlər.

5 minlik paltar geyinərsən, amma belə qürur hiss etməzsən. Parçasının bir mahiyyəti yoxdur, tikdirdim və necə qürurla geyindim. Elə sevinə-sevinə geyinmişdim ki... Bilsəydim, bu qədər qınağa çevriləcək geyinməzdim. Gözümdən gətirdilər.

Nə qədər ağladım. Mənə o paltara görə tərbiyəsiz dedilər. Məndə olan tərbiyə heç onların özündə yoxdur (ağlayır). Mənə çox pis təsir etdi. Mənim kimi tərbiyəli olsunlar, sonra yazsınlar. Hər kəs sevincini bir cürə bölüşürdü. Kim necə istədi, elə çatdırdı. Onu geyinəndə elə bilirdim çox xoşbəxtəm. Tərbiyənin geyimlə əlaqəsi yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB