"Qarabağ mövzusu içimizdə bir neçə günlük yanıb sönməməlidir" VİDEO
Müğənni Eldar Qasımov bir müddət əvvəl hər kəsin sosial şəbəkədə paylaşdığı vətənpərvər fotoların artıq dəyişdiyini deyib. SİA-nın məlumatına görə, ifaçı azərbaycanlıların çox rəhmli olduğunu da xüsusi ilə diqqətə çatdırıb: "Bir azdan paylaşımlar dəyişəcək. Ciddi, vətənpərvər postlarımızı yeyib-içmək, həyat tərzini, gündəlik həyatımızı əks etdirən fotolar əvəzləyəcək. Artıq var... Belə olmalıdır. Həyat öz axarı ilə gedir.
Bir millət olaraq çox şeyə göz yumuruq. Səfeh deyilik. Bu, ürəyiyumşaqlığımızdan və mehribançılığımızdan irəli gəlir. Həddindən artıq dərəcədə rəhimliyik. Fərq etmir, hardasan, necə əylənirsən, iş başında şəkil çəkirsən, sevinclisən, kədərlisən... Əsas odur ki, Qarabağ mövzusu içimizdə bir neçə günlük yanıb sönməməlidir. Onu hər addımda və əməldə daşımalıyıq. Necə? Mariflənməliyik, inkişaf etməli və oxumalıyıq, güclənməliyik. Hər kəs işini vicdanla görsə, bir-birinə hörmətlə yanaşsa, vətənpərvərliyin nə olduğunu hiss edib, etdirəcəyik. Sizdən yoxdur... Haqq-ədalət bizim tərəfimizdədir. Bir gün zəfər çalacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB