Oktay Kaynarca Bakıda izdihamla qarşılandı VİDEO

Oktay Kaynarca Bakıda izdihamla qarşılandı VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktyoru Oktay Kaynarca Bakıya gəlib. SİA-nın məlumatına görə, Azərbaycanda siması olduğu mağazanın açılışını edən sənətçi böyük izdihamla qarşılaşıb.

Aktyor onunla şəkil çəkdirmək istəyən insanların arasında qalıb.

O, açılışdan sonra mühafizəçilərin köməyi ilə güclə avtomobilə mindirilərək, məkandan uzaqlaşdırılıb.

Qeyd edək ki, O.Kaynarca "Kurtlar Vadisi", "Adanalı", "Eşkıya dünyaya hükümdlar olmaz" serialları ilə məşhurlaşıb.

Həmin an lentə alınan videonu təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə