Müğənni Dilarə Kazımova açıq-saçıq fotolarını təhqir edənlərə cavab verib. SİA-nın məlumatına görə, ifaçı onlara sosial şəbəkədə müraciət edib: "Erotikanı həyasızlıqdan, cazibədarlığı vulqarlıqdan, sənəti isə baltadan ayıra bilməyənlər, yan keçən külək ilə sağ olun. Anlayıram ki, həyatınızda xoşbəxtlik sözündən “x” hərfi də yoxdur, amma onu elə boz qapılarının arxasında saxlayın. İnsanların rənglərlə dolu həyatına onsuz “bozluq” qatmaq olmayacaq. Amma adekvat və səmimi insanlar, bəyənənlər və bəyənməyənlər... Sənətimi, sənətimdə atdığım hər addımı, səsimi, şəkillərimi müzakirə etməyə hər zaman hazıram. Məni sevənlərin, ordunun gündən-günə işıq sürəti ilə çoxalmasını görürəm və buna sozsuz xəşbəxtəm. Öz tərəfimdən isə söyləmək istəyirəm: sizin hamınızı çox istəyirəm”.










Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB