Heydər Əliyev Sarayı daha bir yeni layihə təqdim edir. SİA-nın məlumatına görə, məşhurlar və övladları” adlı konsert proqramı sentyabrın 23-də baş tutacaq.
İlk dəfə keçiriləcək layihədə xalq artistləri Şahnaz Haşımova – oğlu Tural Abdullayev, Gülyaz Məmmədova – oğlu Ramazan Şərifzadə, Ramiz Novruz – oğlu Cavidan Novruz, Şəfiqə Eyvazova – qızı Mehri Əsədullayeva, əməkdar incəsənət xadimi Aqil Məlikov – oğlu Hüseyn Məlikov, Əməkdar artistlər Nuriyyə Hüseynova – qızı Çilənay Bədəlova, Teyyub Aslanov – oğlu Nicat Aslanov, Elza Seyidcahan – oğlu Ələkbər Qasımov, Aşıq Ulduz – qızı Sədaqət Ulduz, tanınmış müğənnilər Könül Kərimova – oğlu Rəşad Məmmədov, Aşıq Zülfiyyə - oğlu Babək Quluzadə, Rüfət Axundov – oğlu Məhəmmədəli Axundov, Emil Bədəlov – qızı Səadət Bədəlova, Elxan Qaraxanoğlu – oğlu Ayxan Şirinov, Rəna Talıbova – oğlu Nicat Cəfərzadə və başqaları iştirak edəcəklər.
Layihənin xüsusi qonaqları qismində xalq artisti Faiq Ağayev, əməkdar artist Aybəniz Haşımova, Nadir Qafarzadə və Vüqar Əbdülov (meyxana) çıxış edəcəklər.
Saat 19:00 –da başlayacaq konsertin biletlərini www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.
Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB