Rejissor Cavid yeni iş birliyində olduğu müğənnidən söz açıb. SİA-ya bu haqda danışan rejissor həmin sənətçinin adını da açıqlayıb: "Damla xanımla iş birliyimiz oldu. Belə ki, sözügedən sənətçinin "Darağımla" adlı yeni mahnısını ekranlaşdırdım. Klip artıq hazırdır. Maraqlı ekran işi alınıb. Bu, Azərbaycan klip bazarında yenilikdir. Damla xanımın yeni klipində qrafik işləri var. "Darağımla" klipi türksayağı çəkilib. Ekran işində sujet xətti də maraqlıdır. Ekran işində Damla xanım cadugər obrazını canlandırır. O, ekran işində mələyə vurulur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB