Boşanma ərəfəsində olan müğənni Gülben Ergen həyat yoldaşı Erhan Çelikə xəyanət etdiyi haqda yayılan dedi-qodulara cavab verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, o, bu barədə "İnstagram" səhifəsində yazıb: "Uşaqlarımın anası xoşbəxt olsun" deyən uşaqlarımın atasına... Gözəl işbirliyi gördüyümüz dostum Mahsuna bu həssas zamanımda verdikləri açıqlamalara görə təşəkkür edirəm. İçini zəhər tutmuş, yalandan və şərdən bezməyən hər kəsin dedikləri və ssenariləri boşdur. Həyatımda üç oğlumdan başqa heç kim yoxdur. Adımdan istifadə edərək saatlarla ekranda danışan, uydurduqları təxminlərlə xəbər yazan hər kəsi qınayıram. Ayıb olsun! Belə həssas bir zamanda özlərini göstərən hər kəsi hörmətli olmağa dəvət edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB