Zerrin Özer iş başında FOTOLAR

Xeyli müddətdir ayaqları tutulan müğənni Zerrin Özer işlərinə start verib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Harbiden git" adlı mahnısına klip çəkdirən Zerrin çəkiliş zamanı təsbehi əlindən yerə qoymayıb. O, "Məni görən "Dayı" ya da "Hanımağam" deyir, bu çox xoşuma gəlir" deyib.

Sənətçi sağlamlığı haqqında suallara da cavab verib: "Əvvəlki Zerrin geri döndü. Dostlarımın qoluma girməsi fobiyama görədir. Bir dəfə yıxılıb barmaqlarımı sındırdım. Ondan sonra yeriməklə bağlı fobiyam yaranıb. Amm özümü çox yaxşı hiss edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə