Şou-biznesin məşhur cütlüyü model Gigi Hadid və müğənni Zayn Malik münasibətlərini bitiriblər. SİA-nın xarici KİV-ə istinadən məlumatına görə, ayrılığa əsas səbəb Zayn olub. O, Gigini Los-Ancelesdə şam yeməyinə dəvət edib və yemək zamanı müğənni ondan ayrılmalı olduğunu deyib. Müğənni hazırda karyerasını düşündüyünü və belə gözəl qızla münasibətin onun çox vaxtını aldığını əlavə edib.
Amma "One direction"un keçmiş üzvünün dedikləri daha çox bəhanəyə bənzədilib. Çünki Qərb mediası bir neçə gün əvvəl onu naməlum bir qızla görüntüləmişdi. Fanatlar cütlüyün ayrılığından heyrətləniblər. Bu, eyni zamanda Gigi üçün də sürpriz olub. O, öz ad günündə sevgilisini valideynləri ilə də tanış etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB