Aktyor Elçin Məmmədlinin SİA-ya verdiyi müsahibəni təqdim edirik:
-Yaradıcılığınızda nə kimi yeniliklər var?
-Rejissor Natiq Novruzovla Qarabağ müharibəsindən bəhs edən film üzərində çalışıram. Kinonun düşmənlərimiz tərəfindən izlənəcəyini bilərək qeyri-peşəkar yanaşmaq olmaz. Belə həssas mövzuya toxunmaq məsuliyyət tələb edir. Filmdə Azərbaycanın Milli qəhrəmanını canlandırıram. Onun cavanlığını oynamaq mənim üçün böyük qürurdur. Hazırda layihə üzərində çalışırıq. Məkan seçimi, gündəlik məşqlər, texniki avadanlıqların hazırlığı davam edir.
-"Bir ailəm var" serialında da rol alırsınız. İş prosesi necə gedir?
-Film çəkilişi ilə paralel olaraq, serialda da işimi davam etdirirəm. Elvin obrazını canlandırıram. Serialda Ramal adlı qardaşım var. O, savadlı, ağıllı, həyatda doğru yolu tutandır. Mən isə dəlisovam, ərköyünəm. Uşaqlıqdan Ramal təhsilə, karyeraya önəm verir, mən isə bahalı həyata meylliyəm. Bir-birimizə qarşı zidd xasiyyətlərdə olduğumuz üçün tez-tez mübahisəmiz düşür.
-Növbəti bölümlərdə bizi nələr gözləyir?
-Tamaşaçıların gözləmədiyi böyük sürprizlər olacaq. Bu haqda çox danışmaq istəmirəm. "Bir ailəm var" serialının izləyicilərini intizarda qoyacam ki, ekran işini daha da maraqla seyr etsinlər.
-Şəxsi həyatınızda yenilik var?
-Şəxsi həyatımda heç bir yenilik yoxdur. Gənc qızların nəzərinə-subayam (gülür). Hələki, karyeram haqqında fikirləşirəm. Yeni layihələr gerçəkləşdirmək istəyirəm. Amma bu, qismət məsələsidir. Elə ola bilər ki, ilk baxışdan sevərəm və bu, ani qərar verməyimə səbəb olar. Hazırda durğunluqdur. Gündəlik iş rejimimlə bağlı şəxsi həyat haqqında düşünməyə zamanım da yoxdur. Bəzən ancaq dostlarıma vaxt ayıra bilirəm.
-Bu, o deməkdir ki, vaxtınızın azlığından qızlar sizi sevməsin?
-İnsan sevilməsə yaşaya bilməz. Təbii ki, qızlar məni sevsinlər. Bəlkə xoşuma gələn, ən əsası da, ailəmə uyğun xanım qarşıma çıxa bilər. O zaman mən də öhdəmə düşən addımı ataraq, həmin xanımla ailə quraram.
-Görünüşünüzdə xeyli dəyişiklik görürük. Deyəsən, artıq çəkidən xilas olmusunuz...
-Yanılmırsız. Avtomobil qəzasına düşdükdən sonra bir müddət idmanla məşğul ola bilmədim. Səhhətimdə də yaranan problemlər sürətlə kökəlməyimə səbəb oldu. Hazırda isə yenidən idman məşqlərimi davam etdirirəm. Sənətimə görə özümü formada saxlamağa məcburam.





.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB