Rəşid Behbudovu məşhurlar unutmadı FOTOLAR

Rəşid Behbudovu məşhurlar unutmadı FOTOLAR

Azərbaycan ifaçılıq mədəniyyətinin əvəzedilməz siması olan Rəşid Behbudovun yubileyi öz adını daşıyan Mahnı Teatrında çoşğu ilə qeyd edilib.

SİA-nın verdiyi xəbərə görə, yubiley münasibəti ilə onun repertuarından olan mahnılar səsləndirilib. Konsertdə türk sənətçisi Oya Ergün, xalq artisti Azər Zeynalov, müğənnilər Xəyyam və Aynur səhnəyə çıxıblar.

İfaçılar Azərbaycan Simfonik Estrada Orkestrinin müşayiəti ilə Behbudovun əsərlərini səsləndiriblər. Məşhur cazmen və pianoçu Salman Qəmbərovun rəhbərlik etdiyi orkestrin dirijoru Azər Allahverdiyev olub.

Bütün xəbərlər Facebook səhifəmizdə