31 dekabr Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətiylə "Uşaqlar gülsün deyə" şüarı altında xeyriyyə konserti keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, tədbir dekabrın 24-də otellərin birində reallaşacaq. Gecəyə xalq artisti Faiq Ağayev, əməkdar artist Manana, müğənnilər Nura Suri, Elçin Cəfərov, Zamiq Hüseynov, Günay İbrahimli və başqaları qatılacaq. Konserti idarə etmək aparıcı Vüsalə Əlizadəyə həvalə olunub.
Qeyd edək ki, konsertdən əldə olunan gəlirlər kimsəsiz uşaq evinə veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB