Ərəb şeyxinin bəyəndiyi azərbaycanlı müğənnidən açıqlama FOTOLAR

Ərəb şeyxinin bəyəndiyi azərbaycanlı müğənnidən açıqlama FOTOLAR

Müğənni Aytac Vidadiqızı toy qabağı həyəcanlı olduğunu bildirib. Sənətçi bu ərəfədə vaxtını yalnız toy üçün hazırlıqlara ayırdığını bildirib: "Çox həyəcanlıyam. Nə şeyx, nə də ona verilməli olan konsert hayındayam. Bütün vaxtımı toy qabağı hazırlıqlara ayırmışam. Özəl günümün qüsursuz olmasını istəyirəm".

Aytac Vidadiqızı toya çağıracağı şou-biznes nümayəndələrindən də söhbət açıb: "Şou biznesdən say-seçmə adamlar olacaq. Bəziləri kimi toy günümdə açıq qapı elan etməyəcəyəm. Hər şey öncədən planlaşdırılmış formada keçiriləcək. Çalışacağam ki, toy günüm təkcə mənim üçün yox, qonaqlarım üçün də yaddaqalan gün olsun".

Qeyd edək ki, bu ilin yayında Aytac Vidadiqızı ərəb şeyxi ilə görüşdüyünü, hətta şeyxin sarayına dəvət aldığı xəbərini açıqlamışdı: "Şeyxin yaxın adamları mənə zəng edib şeyxin mənimlə görüşmək arzusunda olduğunu bildirdilər. Həmin ərəfədə Azərbaycanda olan şeyxlə görüşdüm. Bir-birimizin dilini başa düşməsək də, tərcüməçi vasitəsilə ünsiyyət qurduq. Səsimə və ifama aşiq olduğunu bildirdi. Məndən "Sevirəm" adlı mahnıma ərəbsayağı klip və fotosessiya etdirmək üçün icazə istədi. Şeyxin adını açıqlamaq istəmirəm. Bu, düzgün çıxmaz. Özü də bunu məndən xahiş etdi. Kifayət qədər məşhur insan olduğundan mətbuatın gündəmini zəbt etmək istəmir. Buna baxmayaraq, bir neçə aya şeyxin sarayında özəl konsert proqramı ilə çıxış edəcəyəm. Musiqiçilərimlə birlikdə artıq gələn həftədən konsert məşqlərinə start verəcəyəm".

Müğənni oxu atıb, yayı gizlətsə də, şeyxin kimliyini araşdırmaq əslində elə də çətin olmayıb. Məlum olub ki, martın 23-dən etibarən Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri – Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Bakıda səfərdə olub. Şeyx Azərbaycana tək deyil, 15-ə yaxın qohum və köməkçiləri ilə təşrif buyurub. Bakıda olduğu vaxt şeyx paytaxtın ən bahalı otellərindən birində qalıb.

Məlumata görə, Aytac Vidadiqızının idarə etdiyi "Gelandewagen" markalı avtomobil də otelin qarşısında görünüb. Bunun təsadüf olub-olmadığını deyə bilmərik. Adı gizli saxlanılan şeyxin, həqiqətən də, Həndam bin Məhəmməd olduğunu dəqiqləşdirmək üçün Aytac Vidadiqızı ilə əlaqə saxladıq. O, gülərək xəbəri nə təkzib, nə də inkar etdi.

Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri – Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid boş vaxtlarında Fazza ləqəbi ilə şeirlər yazır. Gənc oğlanın sərvətinin ölçüsü isə 18 milyard dollara bərabərdir.

publika.az

Bütün xəbərlər Facebook səhifəmizdə