Aparıcı Günay Baxşəliyeva özü haqda sirr açıb. SİA-nın verdiyi xəbərə görə, aparıcı hər gün istifadə etdiyi maskanı sevənlərinə deyib:"İstifadə etdiyim ən asan və təbii maya maskasını xanımlarla bölüşmək istəyirəm. Bunun üçün 1 xörək qaşığı mayanın üzərinə qatı hala gələnə kimi su əlavə edin. Dərisi quru olanlar suyu südlə əvəzləsinlər. Kənara qoyub, qıcqırmasını gözləyin. Hər beş dəqiqədən bir üzünüzə çəkin. Maska üzdə quruduqca üstünə əlavə edin. 15-20 dəqiqə saxlayıb ilıq su ilə yuyun. İlk dəfədən effekti görəcəksiniz. Bu prosesi həftədə 2 dəfə təkrarlayın. Dərinin rəngini açır, ləkələri aparır, dərini cavanlaşdırır, xırda qırışları isə azaldır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB