Alim Qasımov konsert verəcək

Azərbaycanın xalq artisti Alim Qasımov və qızı əməkdar artist Fərqanə Qasımova Polşada keçiriləcək "Jaroçin 2015 Festivalı"nda iştirak edəcək. SIA-nın məlumatına görə, sənətkarlar iyulun 17-də Polşaya yola düşəcəklər. İyulun 18-də "Jarocin 2015" mahnı festivalında Alim Qasımov və qızı Fərqanə Qasımovanın "VOVO" qrupu ilə birgə konsert proqramı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə