Müğənni-bəstəkar Emin Ağalarovun atası Crocus Group"un prezidenti, Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarov "Cre Awards 2015" tərəfindən "İlin adamı" mükafatına layiq görülüb. SİA-nın verdiyi xəbərə görə, bu barədə sənətçi sosial şəbəkədə yazıb. A.Ağalarov biznes sahəsindəki uğurlu fəaliyyətinə görə Moskvada "Forum Holl" mərkəzində baş tutan mərasimdə mükafatlandırılıb.
Qeyd edək ki, kommersiya fəaliyyətinə görə iş adamlarına təqdim edilən "Cre Awards" 12-ci dəfədir ki, keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB