Modelimiz yenidən ana olacaq

Türkiyədə yaşayan həmyerlimiz model Nigar Talıbzadə alış-veriş mərkəzindən çıxarkən həyat yoldaşı ilə birlikdə jurnalistlərin fotokameralarına tuş gəlib. SİA-nın verdiyi xəbərə görə, Türk-Amerika İşadamları Dərnəyinin sədri Ekim Alptekinlə ailə quran Nigarın yenidən ana olmağa hazırlaşdığı bəlli olub. O, media mənsublarına övladının cinsiyyətini öyrənmədiyini deyib: "5,5 aylıq hamiləyəm. Üçüncü övladımı dünyaya gətirməyə hazırlaşıram. Cinsiyyətini hələ ki, bilmirəm. İstəyirik, sürpriz olsun".

Qeyd edək ki, Ekim və Nigar cütlüyünün 1 yaşında əkiz uşaqları var.

Bütün xəbərlər Facebook səhifəmizdə