Əbdül Xaliddən gözlənilən xəbər

Əbdül Xaliddən gözlənilən xəbər

Müğənni Əbdül Xalid sevənlərinin qarşısına çıxacaq. SİA-ya açıqlama verən sənətçi bu haqda ətraflı məlumat verib: "May ayının 15-də konsert proqramı ilə çıxış edəcəm. Gecəboyu repertuarımda olan mahnıları səsləndirəcəm. Bütün ifalar canlı olacaq. Konsertdə bir çox maraqlı hadisələr yaşanacaq. Gecənin xüsusi qonağı əməkdar artist Tünzalə Ağayeva olacaq. Hər birinizi gözləyirəm".

Qeyd edək ki, sənətçinin konserti məkanların birində, saat 20:00-da həyata keçəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə