Türkiyənin məşhur müğənnisi Gülbən Ərgən "Show" TV-də yayımlanan proqramını yeni mövsümdən etibarən aparmayacaq. SİA-nın verdiyi məlumata görə, ifaçı yeni albom hazırlıqlarına başladığı üçün verlişini dayandırıb.
Ekranlarla vidalaşdığını deyən sənətçi yaradıcı kollektivlə çəkdirdiyi fotonu şəxsi "İnstaqram" səhifəsində paylaşaraq bu sözləri yazıb: "Payızda efirə çıxmayacam. Daha çox musiqi ilə məşğul olmaq və albom hazırlamaq üçün əlavə vaxta ehtiyacım var. Müxtəlif məlumatlar oxuyub, televiziyalarda nələrin göstərilmədiyini izləyəcəm. "Gülbenshow" qürur duyduğum bir veriliş idi. Dincəlmək və daha yaxşı proqramlar hazırlamaq üçün fasilə etməliyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB