Türkiyənin sevilən müğənnisi Əhməd Şəfəqin Bakıda çəkdirdiyi klip artıq "Kral tv" ekranlarında nümayiş olunur. SİA-nın məlumatına görə, bəstə "Sevdiyim" ("Sevduğum") adlanır.
Vətənpərvər ruhlu mahnıları ilə tanınan əslən azərbaycanlı sənətçi 20 gün ərzində yeni mahnıya klip çəkdirəcək. Daha sonra sənətçi ölkə xaricində konsert proqramı ilə çıxış edəcək.
Nəzərinizə çatdıraq ki, Əhməd Şəfəq Bakıda iki klip çəkdirib. Bunlardan biri də "Sana Kıyıp Gidemiyorum" adlı mahnısıdır. Ə.Şəfəq "Kral Tv Müzik Ödülləri" müsabiqəsinin namizədləri sırasındadır. Sənətçi həmkarları ilə iki kateqoriyada - ən yaxşı kişi müğənnisi (en iyi erkek sanatçı) və ən yaxşı albom (en iyi albüm) yarışır. Hazırda səsvermə davam edir.
Qeyd edək ki, Əhməd Şəfəqin indiyədək 11 albomu işıq üzü görüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB