Rəqsanə Aygünə görə xərcə düşdü

Rəqsanə Aygünə görə xərcə düşdü

Müğənni Rəqsanə İsmayılova xalq artisti Aygün Kazımovaya mahnı hədiyyə edib. Bu haqda SİA-ya danışan sənətçi bəstənin Türkiyədə aranjiman olunacağını bildirib: "Mahnının sözləri və musiqisi mənə məxsusdur. Ancaq hələ ki, ad qoymamışam. Düşündüm ki, Aygün xanımın özü qərar verər. Lirik bəstədir. Mahnını türkiyəli dicey Kan Gökman aranjiman edib. Həmin bəstənin bütün xərci, klipinə sərf olunacaq məbləği özüm ödəyəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə