Muğam ifaçısından: “Qarabağdır məkanım”

Muğam ifaçısından: “Qarabağdır məkanım”

Bu gün muğam ifaçısı Güllü Muradovanın "Qarabağdır məkanım" adlı albomunun təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransda xalq artisti Nəzakət Teymurova, əməkdar artist Firuz Səxavət, aparıcı Səxavət Nur, media nümayəndələri və başqaları iştirak ediblər.

Təqdimatı giriş sözü ilə açan xalq artisti Nəzakət Teymurova Güllüyə uğurlar arzu edib və yaxın vaxtlarda Azərbaycan tamaşaçılarının G.Muradovanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görəcəklərinə söz verib. Xalq artisti sentyabr ayından Güllü ilə işbirliyinə başlayacaqlarını da söyləyib.

Əməkdar artist Firuz Səxavət də həmkarı Nazəkət xanımın sözlərinə qoşularaq səbəbkarın ünvanına xoşagələn sözlər ünvanlayıb. O, Güllünün ifasını çox bəyəndiyini və fərqli muğam ifaçısı olduğunu dilə gətirib. Firuz bəy, Güllünün yaxın vaxtlarda solo konsert verməyini istəyib.

Qeyd edək ki, təqdimat mərasimi jurnalistlərin sualları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə