Türkiyəli məhşur aktrisa Yasemin Ergen qızlarının şəkillərini internetdə paylaşıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 2011-ci ildə İzzət Özilhan ilə ailə həyatı quran aktrisa keçən ay ikinci qız övladını dünyaya gətirib. Ana olmaq xoşbəxtliyini yaşayan aktrisa qızlarının şəklini "Whatsapp"a yerləşdirib.
Qeyd edək ki, aktrisa Yasemin Ergen "Doktorlar"serialındakı Ela obrazını canlandırırdı. Təsadüfi deyil ki, aktrisa qızına da Ela adını verib.
Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB