Uzun zamandır efirlərdən kənar düşən ifaçı Coşqun Viləş son zamanlar şou-biznesdə yaranan qalmaqallardan söz açıb. SİA-ya açıqlama verən Viləş son zamanlarda şou-biznesdə saxta dava-dalaşların üzə çıxdığını xüsusilə diqqətə çatdırıb: "Axır vaxtlarda söz-söhbətlər səngimədən davam edir. Məncə tamaşaçılarımıza bəllidir ki, şou-biznesdəki dava-dalaşlar saxtadır. Mənə elə gəlir ki, şəxsi həyatı üzə çıxarmaq düzgün deyil. Bir neçə gün bundan əvvəl həmkarlarımın söz-söhbətləri mənə qətiyyən xoş gəlmədi. Çünki onlar ortayaşlı insanlardır. Bu hərəkətlər onlara yaraşmır. Yaşlı nəslin etdiyi hərəkət gənclərə nümunədir. Odur ki, şəxsi və iş həyatlarında diqqətli olmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB