Azərbaycanın saz ifaçısı Zülfiyyənin boşanması haqqında şayiələr dolaşırdı. O, bu söz-söhbətlərə son qoymaq üçün verilişlərin birində qonaq qismində çıxış edib. Zülfiyyə boşanma xəbərinin hansı yolla yayıldığını açıqlayıb: "Bir neçə gün bundan öncə ailəmlə birgə verilişlərin birinə çəkilməli idik. Həyat yoldaşım Sakitə dedim ki, oğlumuzla birgə ailəcə efirə çıxmalıyıq. O, isə cavabında vaxtının olmadığını söylədi. Mən isə Sakitə zarafatla əgər verilişə gələ bilməsə, ondan boşanacağımı bildirdim. Həmin sözü aparıcının təkidi ilə efir zamanı da zarafatla dedim. Sözügedən verilişdən sonra ardı-arası kəsilməyən zənglər gəldi və mənim boşanıb-boşanmadığım haqqda maraqlandılar. Amma indi hər kəsə demək istəyirəm ki, yoldaşımdan heç vaxt ayrılmayacam. Mənim ailəmlə birgə yaşadığım evdən ancaq meydim çıxa bilər. Ona görə də insanların belə informasiyalara inanmamaqlarını məsləhət görərdim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB