Azərbaycanlı müğənni ailə quracaq?

Azərbaycanlı müğənni ailə quracaq?

Muğam ifaçısı İlahə İbadova şəxsi həyatından danışıb. Xanım İbadova hələ ki, ailə qurmaq istəmədiyini dilə gətirib. SİA-ya açıqlama verən ifaçı hər bir qadın kimi xoşbəxt olmaq istədiyini etiraf edib: "Şəxsi həyatımda hər şey öz axarında davam edir. Hələ ki ailə qurmaq istəmirəm. Çünki ürəyimcə biri yoxdur. Namizədlərim isə çoxdur. Amma onu da deyim ki, hər bir qadının həyatında kişi olmalıdır ki, xoşbəxt yaşasın. Hazırda ürəyimdə qızımın sevgisi ilə yaşayıram. Demək olar ki, sevgini unutmuşam. Çünki başım işlərimə qarışıb".

Bütün xəbərlər Facebook səhifəmizdə