Gənc müğənni Yaşar Cəlilovun keçmiş prodüsseri Vüsalə Kərimova ilə eşq yaşaması ilə bağlı şayiələr yayılıb. Onların hətta bir müddət birlikdə yaşadıqları deyilir.
Vüsalə xanım SİA-ya açıqlaması zamanı məsələyə aydınlıq gətirdi: "Cəlilovun gündən-günə populyarlaşmasını gözü götürməyən qüvvələr var. Bəzi insanlar var ki, yalnız şər atmaqla məşğuldurlar. Onlardan biri, teleaparıcı İdris Cəfərovdur. O, öz verilişində mənimlə Yaşarın adını çəkərək birlikdə eşq yaşamağımızı iddia edib. Amma demək istəyirəm ki, onun dediyi sözlər ağ yalandır. Mənimlə Yaşarın arasında ancaq dostluq münasibətləri var. Eyni zamanda ailəvi dostuq. Min İdris kimi insanlar qarşımıza çıxsa, biz yenə dostluğumuzu davam etdirəcəyik. Onu da deyim ki, İdrisin bizim haqda yalan məlumat verməsinə əsas səbəb 2 il bundan öncə hər ay Yaşar Cəlilovun ona 300 manat verməsi idi. Mənim məsələdən xəbərim olduqdan sonra Yaşarın İdrisə hörmət etməyinin qarşısını aldım. O söhbətdən sonra İdris Cəfərovun düşməni oldum. Haqqımda efirdə gedən yalan məlumata görə, Space Teleradio Şirkətinin direktoru Vaqif Mustafayevlə əlaqə saxlayaraq məsələ ilə bağlı onu da agah etdim. O, cavabında müvafiq tədbirlər görəcəyini söylədi. Odur ki, mən İdris Cəfərovu yox rəhbərini tanıyıram. Vaqif müəllimə də öz sözümü demişəm. Onu da nəzərinizə çatdırım ki, Yaşarın da söhbətdən xəbəri var. O da pis haldadır. Çünki o, İdrislə illərdir ki, dostluq edirdi. Yaşarın ona dəfələrlə zəng etməsinə baxmayaraq, cavab vermədi. Amma İdris səhəri gün Cəlilovla əlaqə saxlayaraq günahı başqalarının üzərinə atdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB