Bəstəkar xaricdə məhşurlaşan müğənnilərimizi qınadı? AÇIQLAMA

Bəstəkar xaricdə məhşurlaşan müğənnilərimizi qınadı? AÇIQLAMA

Bir cox məhşur hitlərin müəllifi, bəstəkar Aynur Adilqızı ilə yerli musiqiçiləri xaricilərə dəyişən, yeniliklərini onlara etibar edən sənət əhlindən danışdıq. Bəstəkar xanım hesab edir ki, mahnı yaradıcılığında xaricilər inqilab etmirlər. SİA-ya danışan bəstəkarın fikrincə əsas üstünlük mahının aranjemanında seçilir. Musiqiçi bunları danışır: "Əslində, əcnəbilərin yazdığı musiqi şedevr deyil. Aranjemanlar musiqini gözəl edir. Amma sözləri bəsitdir. Bizdə əksəriyyət mahıların sözündə bədii yük var. Amma bəzi dinləyici bəsitliyə alışdığından bədiillikdə baş sındırmaq istəmir".

Bəstəkarın fikrincə, bu gün Türkiyədə tanıtımı gedən sənətçilərimizə nəzər yetirdikdə, məyus olur.

"Ona görə ki, böyük zəhmət çəkib, böyük pullar xərcləyirlər. Amma biz türkiyəli sənətçiləri sevdiyimiz qədər, onları orada sevmirlər. Həm də çıxarıldıqları verilişlərin reytinqi olmur. Amma öz sənətçilərinə qarşı başqadırlar. Sənətə, istedadlıya qiymət verib, irəli aparırlar. Ona maddi gəlir olaraq baxmırlar. Bir sözlə dürüstlük var" – deyən bəstəkar özünün efirə az çıxmasının səbəbindən danışdı:

"Çağrıldığım bəzi verilişlərin formatı üəryimcə olmur. Bir də son vaxtlar müşahidə etmişəm ki, bəzi telekanallarda sənətçi oxuduğu mahının müəlliflərinin adını çəkmir. Bu, əməyə hörmətsizlikdir. Belə bir tendensiyanın yaranması mənim efirə olan marağımı öldürüb. Əvvəla müğənni həmin müəlliflərin yazdığı mahnı sayəsində məhşurlaşır. Birdə, dinləyici bəyəndiyi mahnının müəllifini tanımalıdır. Bu, efirdə tələb olunmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə