Səbinə Babayeva həyat yoldaşı haqda: “Bişirdiyim yeməkləri bəyənmir

Səbinə Babayeva həyat yoldaşı haqda: “Bişirdiyim yeməkləri bəyənmir

Ailə həyatı qurandan sonra ilk dəfə "Klip-Parad" verilişinə çıxan "Eurovision" təmsilçimiz Səbinə Babayeva maraqlı etiraflar edib. SİA-nın məlumatına görə, aparıcısı Zemfira Adıgözəlova olduğu verilişdə Səbinə ilk dəfə ailəsi və qaynanası barədə danışıb: "Düzdür, həyat yoldaşıma yaxşı baxmağa çalışıram. Sadəcə mənim qab yumaq, paltar ütüləməklə aram yoxdur. Yemək bişirirəm, amma... Küftə bişirmişdim, həyat yoldaşım onu bəyənmədi. Deyir, bu, küftə deyil. Plovumu da eyni qarşıladı. Məsləhət gördü ki, daha yaxşı bişirməyi anasından öyrənim".

Rejissoru Nail Naiboğlu olan verilişdə Səbinə həyat yoldaşı Cavidanla da ilk görüşündən söz açıb: "Biz "Eurovision"nun seçim turlarında tanış olmuşuq. İlk dəfə məni kinoya dəvət etdi, mən də etiraz etmədim. Çünki o xoşuma gəlirdi. O görüşdən sonra bizim kinomuz başladı".

Söhbətinin davamında S.Babayeva 10-luqda olan ulduzlar Brilliant Dadaşova, Aygün Kazımova, Nadir Qafarzadə, Eldar Qasımov, Ayan, Sevda Yahyayeva, Qaraqan, İlham Qasımov və başqalarının kliplərinə münasibət bildirib. "Klip-Parad"ın rejissoru Nail Naiboğlu Səbinənin verilişdə səmimi olduğunu deyib.

Xatırladaq ki, veriliş noyabrın 23-də saat 16:45-də "Lider" TV-nin efirində yayımlanacaq verilişin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə (SİA.AZ) məxsusdur.

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə