Azərbaycanın tanınmış müğənnisi Niyam Səlaminin yaradıclığında yenilik var. İfaçının mətbuat katibi Ceyhun Məhərrəmovun SİA-ya verdiyi məlumata görə, o, musiqisi Elçin Cəfərov, sözləri Azər Şirinə aid olan "Üsyanım var" adlı mahnısını artıq radio dinləyicilərinin ixtiyarına buraxıb.
Yeni məhsulun qısa zaman ərzində seviləcəyinə əmin olan müğənni bu ayın sonunda klip çəkdirməyi də planlaşdırır. İfaçı yeni işini rejissor Kənan Musayevə həvalə edəcək.
Niyam tək kliplə kifayətlənməyəcək. Belə ki o, solo albom buraxmağı düşünür.
Bununla yanaşı, Niyam estrada ulduzu Röya Ayxandan sonra daha bir tanınmış ifaçı ilə duet oxuyacaq. Növbəti duet ortağının adı hələ sirr saxlanılır.
Adıçəkilən mahnını aşağıdakı linkdə dinləyə bilərsiz:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB