Flora Kərimova: “Onlar öz şəxsiyyətlərini qorumurlar”

Flora Kərimova: “Onlar öz şəxsiyyətlərini qorumurlar”

Azərbaycanın xalq artisti Flora Kərimova şou-biznes əhlindən danışıb. O, müğənniləri bir çox şeylərdə ittiham edib. Xalq artisti SİA-ya açıqlaması zamanı onları "ağ yuyub, qara sərib": "Mən düşünürəm ki, indiki müğənnilərin tutduğu yol utandırıcıdır. Çünki hamısını sosial durum maraqlandırır. Ürək ağrıdıcı məsələdir ki, ifaçılarımız ancaq qazanmağı, yaxşı geyinməyi, bahalı avtomobil sürməyi fikirləşirlər. Heç gələcəyini düşünən müğənni yoxdur. Onlar bilməlidirlər ki, geyinib-keçinməklə öz mahiyyətlərini dəyişə bilməzlər. Hətta toylardan zülmlə qazandıqları pullar da onların dadına çata bilməz. Bir sözlə, şəxsiyyətlərini qoruyub-saxlaya bilmirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə