Azərin türk kanalında veriliş aparacaq

Azərin türk kanalında veriliş aparacaq

Gələn həftədən Türkiyənin TRT AVaz kanalında Azərbaycanın əməkdar artisti Azərin tamamilə yeni formatda və yeni üslubda müəllim proqramı ilə efirə çıxacaq. SİA-nın məlumatına görə, Azərin 3 il boyunca Türk telekanalında fəaliyyt göstərib və bu müddətdə Azərbaycan mədəniyyəti, musiqisi barədə kifayət qədər məlumat verdi. Ancaq gələn həftədən efirə gedəcək "Azərinlə bir Avaz" verilişi Müsəlman Türk Coğrafiyasının ortaq mədəniyyətini təbliğ edəcək. Proqram boyu təkcə Azərbaycan mədəniyyəti deyil, bütünlükdə Türk-müsəlman ölkələrinin mədəniyyəti, ədəbiyyyatı, musiqisi, tarixi barədə mütəmadi geniş məlumatlar veriləcək. Qonaqlar vasitəsilə türkdilli ölkələrin mədəniyyti müzakirə olunacaq.


Canlı yayımlanacaq verilişə qoşulan tamaşaçılar Fasebook, Twitter və digər sosial şəbəkələr vasitəsilə fikirlərini, şərhlərini bölüşə bilərlər. Əməkdar artist Azərbaycan mətbuatına açıqlamasında bildirib ki, aparıcılıq etdiyi veriliş interaktiv xarakterli olduğundan tamaşaçılar istənilən fikirlərini, təəssurat və təkliflərini onlarla bölüşə bilərlər. Bir məqamı isə xüsuilə qeyd edək ki, artıq uzun müddətdir Azərbaycan mədəniytinin Türkiydəki elçisi olan Azərin bu mədəniyyətin daha geniş coqrafiyada təbliği istiqamətində işlər görür. Bu veriliş vasitəsilə Türk dövlətlərinin mədəniyyəti birləşəcək. Sevindirici məqamlardan biri isə odur ki, Azərin xanım Türkiyədə təkcə bir səntəçi kimi deyil, eyni zamanda ictimai xadim kimi fəaliyyət göstərir. Aparıcılıq etdiyi proqram da əyləncəli və eyni zamanda maarifləndirici xarakter daşıyacaq. Veriliş həftənin çərşənbə günləri Azərbaycan saatı ilə saat 22:00-da yaımlanacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə