Ədalət Şükürov Barış Mançonun hansı mahnısını oxudu?

Ədalət Şükürov Barış Mançonun hansı mahnısını oxudu?

Azərbaycanın əməkdar artisti, müğənni Ədalət Şükürov Türk estrada musiqisinə müraciət edib. SİA-nın məlumatına görə, müğənni qardaş ölkənin məşhur ifaçısı olan mərhum Barış Mançonun repertuarında eşitdiyimiz "Unutma ki, dünya fani" mahnısını oxuyub.


Ə.Şükürov sözügedən mahnını artıq bəzi yerli kanallarda da ifa edib. Müğənni məşhur mahnını özünəməxsus şəkildə səsləndirib.


Onu da xatırladaq ki, əməkdar artist 2 gün öncə təqdim olunan "Qrand Müstəqil Milli-İctimai Mükafat-2011"-ə layiq görülüb. Müğənni adıçəkilən mükafatı "İlin mahnısı ("Səni də sevdim") nominasiyasına görə alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə