Sevda Yahyayeva: “Mən Xocalı faciəsi həftəsində heç musiqi belə dinləmirəm”
"Azərbaycanlı sənətçilər Xocalı soyqırımı günündə çal-çağır quracaqlar". Məhz bu başlıq altında dərc olunan xəbərlərdə bir çox sənətçilərin adı hallanıb və onlar tənqid atəşinə tuş gəliblər. SİA-nın məlumatına görə, konsert proqramında ölkəmizdən Rəhim Rəhimli, Sevda Yəhyayeva, Namiq Qaraçuxurlu, Eyyub Yaqubov, İbrahim Borçalı, "Bu şəhərdə"nin aktyorları Rəfael və Coşqun iştirak edəcəklər.
Konsertlə bağlı Beynəlxalq Diaspor Mərkəzi (BDM), Xocalı Soyqrımını Tanıtım İctimai Birliyi, Qarabağ Azadlıq Təşkilatı (QAT) və Xocalıdan olan şəhid ailələri etiraz əlaməti olaraq mətbuat konfransı keçiriblər.
BDM-in sədri İsmayıl Ağayev bildirib ki, Xocalı faciəsinin ildönümü ərəfəsində Azərbaycanın da müğənni və aktyorlarının qoşulacağı konsertə yalnız etiraz etmək olar. Bu, Azərbaycan xalqının hissiyyatı ilə oynamaqdır.
SİA məsələ ilə bağlı adıçəkilən müğənnilərlə əlaqə saxlamağa çalışıb. Öncə telefonumuza çıxan müğənni Sevda Yahyayeva oldu. İfaçı xanımın dediyinə görə, o, sözügedən konsertdə çıxış etmək kimi fikrə düşməmişdir: "Mənə təklif gəlmişdi. Amma mən razılığımı bildirməmişdim. Mən 26 fevral tarixini necə unuda bilərəm axı. Sadəcə konsert 27 fevral tarixində idi. Ancaq mən heç ona da razılaşmazdım. Mən bilirəm ki, bu tarix Azərbaycan xalqının qan yaddaşına yazılıb. Əminliklə söyləyə bilərəm, mən Xocalı həftəsində heç musiqi belə dinləmirəm. Mənim adımın ora gedən müğənnilər arasında çəkilməsinə çox üzüldüm. Mən getməyəcəm, buna əmin olun. O konsertdə iştirak etməyəcəyəm".
Əməkdar artist Eyyub Yaqubovun prodüseri isə yerli saytlara açıqlamasında müğənninin sözgedən konsert proqramında çıxış etməsi ilə bağlı hələ qərar vermədiyini açıqlayıb.
Xatırladaq ki, digər adıçıkilən məşhurlarla da əlaqə saxladıq. Hələ ki zənglərə çıxmayan simaların da münasibətini öyrənib, xəbəri yeniliyəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB