Dünyanın tanınmış rejissorlarından olan Steven Spielberq "erməni soyqırımı" haqqında film çəkəcək. SİA-nın xəbərinə görə, rejissor artıq bununla bağlı Ermənistanın Beynəlxalq Kino Mərkəzi ilə də danışıqlara başlayıb. "Oscar" mükafatçısı olan rejissor 1915-ci ildə ermənilərin soyqırıma məruz qaldıqlarını önə çıxarcaq film hazırlayacaq. Məlumata görə, filmin ssenari müəllifi Steven Zaillian olacaq.
Baş rollarda tanınmış aktyorlarla yanaşı ermənilərin də rol alacağı bildirilir. Qeyd edək ki, filmin ictimaiyyətə təqdimatı sözügedən "soyqırımın" 100-cü ildönümü ərəfəsində göstərilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB