Matye Blazinin Chanel üçün ilk kruiz şousu nə ilə yadda qaldı..?

.? Su pəriləri, dəniz şıklığı və brendin köklərinə qayıdış...

Yer

...Chanel, əsasən kurort estetikasına ilham verən Biarritz şəhərinə qayıdır.

Məhz burada, 1915-ci ildə Qabriel Şanel gələcək moda evinin təməlini qoyaraq ilk kutyur atelyesini açdı.

SİA-nın əldə etdiyi məlumata görə, şou, Atlantik okeanına baxan panoramik pəncərələri olan Art Deco üslublu Le Casino Municipal binasında baş tutdu.

Məkan demək olar ki, heç bir dekorasiya tələb etmirdi: işıq, güzgülər və şüşənin arxasındakı okean, dənizin əsas personaj olaraq qaldığı işıqlı, bir az nostaljik kurort teatrı hissi yaratdı.

Tizer...

Kolleksiyanın əhval-ruhiyyəsi şounun əsas metaforasına çevrilən su pərisi ilə bağlı ağ-qara video ilə əvvəlcədən müəyyən edilmişdi. Videoda həmçinin rəqqasə də yer alır və son kadrlarda Koko Şanelin Serj Lifarla birlikdə çəkdirdiyi arxiv fotosuna istinad edilir.

Buradakı su pərisi dekorativ motiv deyil, bütün kolleksiyanın ətrafında qurulmuş keçid və ikililik obrazıdır.

Dəvətnamə...

Sərgiyə dəvətnamə dəniz mövzusuna və mühitinə incə, lakin dəqiq bir işarə olan sadə bir qabıq formalı kulon idi.

Qonaqlar arasında Nikol Kidman, Tilda Svinton, A$AP Roki, Sofiya Koppola, Marion Kotiyyar, Paloma Elsesser, Şarlotta Kaziraqi və ön sırada yer alan digər ulduzlar var idi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə