Hollivud aktyoru gizli şəkildə ailə qurub

Hollivud aktyoru Kianu Rivz amerikalı rəssam Aleksandra Qrantla ailə qurub. SİA xəbər verir ki, bu barədə "RadarOnline" nəşri cütlüyə yaxın mənbələrə istinadən məlumat verib. Bildirilib ki, toy yayın əvvəlində Avropada cütlüyün yaxın ətrafı arasında baş tutub.

Qeyd edək ki, Rivz və Qrant 2019-cu ildən birlikdədirlər. Aktyor heç vaxt rəsmi nikahda olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə