...Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəstəkləyən Putinist müğənni Nikolay Baskov növbəti dəfə Rusiyanın Ukraynaya hücumunu dəstəkləyən açıqlama verib.
Baskov mətbuat konfransı zamanı deyib: "Mən müharibəni dəstəkləyən ilk müğənnilərdən biri oldum. Çoxlu sayda təhlükə ilə üzləşdim".
Onun sözlərinə görə, naməlum şəxslər hətta guya onun anasını “incidiblər” və bunda Ukrayna sənətçiləri “günahkardır”.
Putinist əlavə edib ki, o, ukraynalı həmkarlarının insidentlərdə əli olduğunu düşünür - onlar məşhurların nömrələrini ictimai sahəyə yerləşdirə bilərdilər.
Rusiya hökumətini dəstəklədiyinə görə Nikolay Baskov 2022-ci ilin fevralında Latviya tərəfindən qeyri-müəyyən müddətə ölkəyə giriş qadağası ilə qara siyahıya salınıb. Həmin ilin oktyabrından o, Ukraynanın sanksiya siyahısındadır.
2023-cü ilin fevral ayında sənətçi "Rusiya dezinformasiya agentləri" reyestrinə əlavə edilərək Kanada sanksiyalarına məruz qaldı.
SİA xəbər verir ki, agentliyin məlumat bazasına görə, Baskov 2022-ci ilin martında rəsmi olaraq Ukrayna Təhlükəsizlik Xidmətinin axtarışa verilmiş siyahısına salınıb. O, uzun müddətdir ki, Myrotvorets saytının siyahılarındadır.
Ukrayna hakimiyyəti rusiyalı müğənniyə qarşı ölkənin suverenliyinə qəsd etməkdə ittiham edib. Nəticədə məhkəmə Baskov barəsində qiyabi həbs qərarı çıxarıb.
Prezident Vladimir Zelenskinin 2024-cü ilin noyabrında imzaladığı fərmanla Baskov Ukraynanın dövlət mükafatlarından da məhrum edilib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə