“İndi başa düşdüm ki, niyə Belarusdan bu qədər qohumlarım var...”

Tanınmış müğənni köklərindən danışıb...

Rusiyalı müğənni Alla Puqaçova "Skaji Gordeeva" verilişinə geniş müsahibə verib.

SİA-nın məlumatına görə, Sovet və Rusiya səhnəsinin ulduzu genetik testdən keçdiyini söyləyib.

...Mən yarı polşalıyam. Mən başa düşürəm ki, niyə Belarusdan bu qədər qohumlarım var. Görünür, onlar Polşadan gəliblər. İndi başa düşdüm ki, ailəmdə niyə belə adlar var idi - Yadviqa.

Yada salaq ki, Alla Puqaçovanın ulu babası və ulu nənəsi Mogilev vilayətinin Slavqorod rayonunun Vzqorsk kəndində yaşayıb.

Onların ailəsində müğənninin babası Mixail də daxil olmaqla yeddi uşaq olub. Kollektivləşmə zamanı o, oğlu Boris - Puqaçovanın atası - doğulduğu Moskvaya gedib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə