Amerikalı müğənni "D4vd" tanınan məşhur müğənni Devid Entoni Burke məxsus avtomobilin baqajında parçalanmış meyit tapılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, dünya turnesində olan "D4vd"nin hakimiyyət orqanları ilə tam əməkdaşlıq etdiyi bildirilib.
Qəddar insident Los-Anceles polisinin Hollivuddakı evakuator dayanacağına ətrafdakıların hiss etdiyi kəskin qoxu xəbərdarlığından sonra reaksiya verməsi ilə üzə çıxıb. Çürümüş cəsədin ciddi şəkildə parçalandığı və zibil qutusuna bənzəyən torbaya qoyulduğu məlum olub. Polis mənbələrinə görə, "Tesla" səhnə adı "D4vd" olan musiqiçi Devid Entoni Burke qeydiyyatdan keçib. Texas nömrə nişanlı "Tesla" ən azı beş gün əvvəl Hollivud təpələrinin dəbdəbəli Bird Streets məhəlləsindəki dayanacaqda tərk edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə