Derevyanko 5 milyon rubla özünə arvad alıb..

Aktyor Pavel Derevyanko özündən 14 yaş kiçik sevgilisi Zoya Futsla evlənib. Toy zamanı o, gəlin üçün 5 milyon rubl fidyə ödəyib.

SİA xəbər verir ki, Super.ru-nun məlumatına görə, şənlik Barvixa Luxury Village konsert zalında başlayıb və Moskvanın yaxta klublarından birində davam edib.

Xatırladaq ki, Derevyanko 2025-ci ilin mayında Futsa evlilik təklifi etmişdi. Futbol matçı zamanı o, seçdiyi birini meydana çıxararaq diz üstə çökmüşdü.

Bu, Pavelin ilk evliliyidir. Bundan əvvəl Daria Myasişeva ilə 10 il münasibətdə olub və 2010-cu ildə cütlüyün bir qızı dünyaya gəlib.

Dörd il sonra onların ikinci bir qızı oldu, lakin 2020-ci ildə sevgililər ayrıldı.

Bundan əvvəl Pavel Derevyankonun kriptovalyuta fırıldaqlarını daşınmaz əmlak alqı-satqısı müqavilələri ilə ört-basdır etdiyi bildirilirdi. Bunun sayəsində o, dələduzluq maddəsi ilə cinayət işinə zərərçəkmiş şəxs qismində cəlb edilib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə