Maksim Qalkin Puqaçovanı tək qoyaraq uşaqları ilə tətilə çıxıb..?

...Rusiyanı tərk edən və xarici agent kimi tanınan komediya aktyoru Maksim Qalkin əkizləri Harri və Liza ilə tətilə çıxıb. Şoumenin həyat yoldaşı Alla Puqaçova onların yanında olmayıb.

Artıq dördüncü ildir ki, “xarici agent” Makim Qalkin həyat yoldaşı Alla Puqaçova və 11 yaşlı uşaqları Liza və Harri ilə birlikdə mühacirətdə yaşayır.

SİA xatırladır ki, yazda onlar İsraildən Kiprə köçdülər. Komediya ustası bu yaxınlarda övladları ilə tətildə görüntülənib. O, Harri ilə birlikdə hovuz kənarında çəkildiyi fotoları pərəstişkarları ilə paylaşıb.

İstifadəçilər Maksimin qızını niyə gizlətdiyini soruşduqda, komediya ustası Lizanın qırmızı dizayner çimərlik paltarında saçlarını aşağı salaraq poza verdiyini göstərib.

Qalkin fotoya "Mənim Mona Lizam" şərhini yazıb.

Alla Puqaçovaya gəlincə, Maksim uşaqların ulduz anasının harada olduğu sualına cavab verməməyi üstün tutub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə