“Eurovision” biletləri 10 dəqiqədən az vaxt ərzində satılıb...

...Və yeri gəlmişkən, yanvarın 29-da “Eurovision 2025” mahnı müsabiqəsi üçün biletlərin ilk partiyası (42 000) canlı efirdə yeddi dəqiqə ərzində satılıb.

SİA-nın məlumatına görə, “Deutsche Presse-Agentur” xəbər verir ki, bir neçə məşq üçün biletlər 20 dəqiqə ərzində satılıb. Yalnız əvvəlcədən qeydiyyatdan keçmiş istifadəçilər bilet ala bilər - müsabiqə üçün dörd biletə qədər.

Qeyd edək ki, satışlar hələ bitməyib - daha çox lotlar olacaq və biletlərin ümumi sayı 50 000-dən 60 000-ə qədərdir. Birinin qiyməti isə 44 dollardan 285 dollara qədərdir – ən bahalı biletlər birbaşa səhnədəki ayaq üstə yerlər üçündür.

Xatırladaq ki, “Eurovision 2025” İsveçrənin Bazel şəhərində keçiriləcək.

Yarımfinal oyunları mayın 13 və 15-də St. Jakobshalle zalında keçiriləcək. Final mayın 17-də olacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə