Özcanı Bakıda izləmək istəyənlər 395 manat ödəməlidir

"Sevdanın rengi", "Derin duygular", "Vuslat" kimi mahnıları dillər əzbəri olan türkiyəli müğənni Özcan Deniz Bakıya gəlir. SİA xəbər verir ki, sənətçi Bakı Konqres Mərkəzində sevənləri üçün mahnılarını səsləndirəcək. Fevral ayının 28də baş tutacaq konsert bilet qiyməti ilə gündəm olub. Belə ki, konserti ön sıradan izləmək istəyən Özcan sevərlər 395 manat pul ödəməli olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə