İkardi Vanda Naranın kartlarını bloklatdırdı

“Qalatasaray”ın ulduzu və ötən mövsüm Super Liqanın bombardiri Mauro İkardi və həyat yoldaşı Vanda Nara boşanmağa hazırlaşır. SİA xarici mətbuata istinadən xəbər verir ki, İkardinin boşanmaq istəməməsi və bu səbəbdən həyat yoldaşının kredit kartlarını blokladığı iddia edilib. Vandanın vəkili Ana Rosenfeld qatıldığı proqramda bu iddiaları təsdiqləyib.

Rosenfeld həmçinin İkardinin İstanbulda tək qaldığını və cütlüyün əlaqələrinin tamamilə kəsildiyini bildirib. Qeyd edək ki, Nara ötən ay Argentina televiziyasında canlı yayımda İkardi ilə boşanmaq qərarına gəldiyini açıqlamışdı. Lakin bir müddət sonra ulduz futbolçu xanımını fotosunu sosial şəbəkə hesabında paylaşmışdı. Bu paylaşımdan sonra onların bir-birlərini sosial şəbəkədə yenidən izləmələri barışdıqları iddialarını gündəmə gətirmişdi.

Xatırladaq ki, Mauro İkardi və Vanda Nara 2014-cü ildən birlikdədir. Onların 2 övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə