Aysel Hüseynlə fotosunu paylaşdı

"Ancaq böyük məhəbbət ailə həyatındakı anlaşılmazlıqları aradan qaldıra bilər". SİA xəbər verir ki, bunu aktrisa Aysel İbrahimova sosial şəbəkə hesabında yazıb. Həyat yoldaşı, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə səmimi fotosunu paylaşan aktrisa izləyicilərinə məsləhət də verib: "Hər zaman qəlbinizi gözəl saxlayın, sevin, sevilin, xoşbəxt olun, dəyərli olun inşallah. Yalnız belə olduğu halda insan beynində heç bir pis düşüncəyə yer qalmır".

Qeyd edək ki, Aysel İbrahim 2021-ci ildə Hüseyn Məhəmmədoğlu ilə ailə qurub. Bu onların hər isinin ikinci evliliyidir. Onların ortaq nigahdan oğul övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə