Məşhur reper doğum günü şənliyində öldürüldü

Amerikalı reper Julio Foolio ad günü şənliyi zamanı güllələnərək öldürülüb. SİA xəbər verir ki, hadisə zamanı reperin yanında olan 3 nəfər ağır yaralanıb. Culio Foolio kimi tanınan amerikalı reper Çarlz Cons bazar günü səhər Florida ştatının Tampa şəhərində qətlə yetirilib. Hadisə Tampadakı "Holiday Inn" otelinin dayanacağında baş verib. Çarlz Cons bu məkanda 26 yaşını qeyd edirmiş. Consun vəkili Lyuis Fusko onun ölümünü təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə